ABŞ Qətərə "24 AH-64E Apache" tipli döyüş helikopteri satacaq

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti Qətərə 3 milyard dollar dəyərində "24 AH-64E Apache" tipli döyüş helikopterinin satışına icazə verdi.

1198575

 Bu barədə məlumatı ABŞ Müdafiə, Təhlükəsizlik Əməkdaşlığı Agentliyi yaydı.

Məlumatda deyillir: "ABŞ Dövlət Departamenti Qətərə Xarici Hərbi Satış çərçivəsində təxminən 3 milyard dollar dəyərində "24 AH-64E Apache" tipli döyüş helikopterinin satışı ilə bağlı əlaqədar orqanların satış əməliyyatlarını təsdiq etmək barəsində qərar qəbul etdi".

Məlumatda agentliyin satış icazəsini Konqresə təqdim etdiyi bildirilir, Qətərə daha əvvəl satılan "24 Apache" helikopterinə əlavə olan bu satışın ölkənin yaxın hava dəstəyi qabiliyyətinə töhfə olacağı qeyd edilir.

Məlumatda eyni zamanda, sözügedən satışın bölgədəki hərbi balansa təsir etməyəcəyi də ifadə olunur.

Konqresdən 30 gün ərzində heç bir etirazın gəlməməsi halında helikopterlərin satışı ilə bağlı görüşlər başlaya bilər. 30 gündən sonra ABŞ Qətərə təklif məktubu təqdim edəcək və satışla bağlı görüşlər keçiriləcək.

Әlaqәli Xәbәrlәr