Türkiyәdә miqrantları daşıyan qayıq aşıb, 7 nәfәr hәlak olub

Bu barәdә Sahil Mühafizә Xidmәtinin rәsmi internet sәhifәsindәn verilәn mәlumatda bildirilib.

1194680
Türkiyәdә miqrantları daşıyan qayıq aşıb, 7 nәfәr hәlak olub

 

Türkiyənin Balıkesir şәhәrinin Ayvalık qәsәbәsindә miqrantları daşıyan qayığın aşması nəticəsində 7 nәfә hәlak olub, daha 5 nәfәr itkin düşüb.

Bu barәdә Sahil Mühafizә Xidmәtinin rәsmi internet sәhifәsindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, hadisә Çıplak ada sahillәrindә qeydә alınıb.

Sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn axtarış-xilasetmә әmәliyyatı nәticәsindә 1-i qadın, 1-i dә uşaq olmaqla 5 nәfәr xilas edilib.

Mәlumata görә, sudan 2-si qadın, 5-i dә uşaq olmaqla 7 nәfәrin meyiti çıxarılıb.

Qayğın göyәrtәsindә 17 nәfәrin olduğu bildirilir.

Qeyd edәk ki, miqrantlar  Yunanıstanın Lesbos adasına keçmәyә cәhd göstәriblәr.



Әlaqәli Xәbәrlәr