İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

İspaniyada ikipalatalı parlamentə növbədənkənar seçkilər keçirilir.

1191277
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

 İspaniyada ikipalatalı parlamentə növbədənkənar seçkilər keçirilir.

İspanlar Konqresin (aşağı palata) 350 üzvünü, həmçinin 208 senatoru (yuxarı palata) seçəcəklər.

Ölkədəki 23 min seçki məntəqəsi yerli vaxtla saat 09:00-da  açıldı və saat 20:00-dək davam edəcək.

 Seçki hüququna malik 37 milyon ispaniyalının 2 milyona yaxını xaricdə yaşayır.

Bu seçkilər İspaniyada son üç il ərzində keçirilən dördüncü seçkilərdir.

Seçkilərdə hazırda iqtidarda olan Sosialist partiyasının rəqibləri liberal "Vətəndaş partiyası", sol partiya "Podemos", ultra-sağ partiya "Voks" və sağ mərkəzçi "Xalq partiyası"dır.

Krallığın Daxili İşlər Nazirliyinin məlumatına görə, seçki günü asayişi hüquq mühafizə orqanlarının 92 minə yaxın əməkdaşı qoruyacaq. Səslərin ilkin hesablanması məntəqələr bağlandıqdan dərhal sonra başlayacaq. 

Növbədənkənar parlament seçkilərinin nəticələrinin mayın 13-də elan olunacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr