Stefan Dujarik: ‘‘Liviyada humanitar vәziyyәt pislәşir’’
Birləşmiş Millətlər Təşkilatı baş katibinin sözçüsü Stefan Dujarik Liviyanın paytaxtı Tripoli və ətrafında davam edən qarşıdurmalar sәbәbindәn humanitar vəziyyətin pislәşdiyi ilә bağlı xәbәrdarlıq edib.
Birləşmiş Millətlər Təşkilatı baş katibinin sözçüsü Stefan Dujarik Liviyanın paytaxtı Tripoli və ətrafında davam edən qarşıdurmalar sәbәbindәn humanitar vəziyyətin pislәşdiyi ilә bağlı xәbәrdarlıq edib.
Stefan Dujarik keçirdiyi gündәlik mәtbuat konfransında Liviyada davam edən toqquşmalar səbəbindən getdikcə pisləşən humanitar vəziyyətə diqqəti çәkib.
Mülki vətəndaşların yaşadığı bölgələrə endirilәn zәrbәlәrә görә narahat olduqlarını deyәn Birlәşmiş Millәtlәr Tәşkilatının rәsmisi qeyd edib ki, Tripolidə davam edən toqquşmalar sәbәbindәn humanitar vəziyyət pislәşir. Qarşıdurmalar sәbәbindәn təxminən 39 min adam evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.
Toqquşmaların davam etdiyi bölgələrdə vətəndaşların elektrik enerjisi kəsintisi və su qıtlığı problemi ilә üzlәşdiyini ifadə edən Dujarik mülki vətəndaşlara humanitar yardımların çatdırılması vә tәhlükәsizliyinin tәmin edilmәsi ilә әlaqәdar çağırış edib.
Stefan Dujarik 3 mindən çox qaçqının qarşıdurmaların davam etdiyi bölgәlәrdә qapalı qaldığını söyləyib.
Qeyd edək ki, Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Hafter paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum üçün göstəriş verdi. Buna cavab olaraq Milli Həmrəylik Hökumətinə sadiq qüvvələr də “Burkan əl-Qadab” əməliyyatını başlatdı.