Danimarkada silahlı hücum: 1 ölü, 4 yaralı

Danimarkanın paytaxt Kopenhagenin şimalındakı Hörsholm şəhərinin Rungsted səmtində baş verən silahlı hücumda 1 nəfər həlak oldu, 4 nəfər yaralandı.

1178458
Danimarkada silahlı hücum: 1 ölü, 4 yaralı

 

Danimarkanın Şimal Sjaelland polisindən verilən məlumata görə, dünən axşam saat 18.03-də Rungsted sahil yolunda 5 nəfərlik qrupa qarşı silahlı hücum təşkil olunub.

 

 Hücumda qrupdakı 20 yaşlı gənc həlak olub, 20-27 yaşlarındakı 4 nəfər də yaralanıb.

 

 Silahlı hücumu törədənləri tutmaq üçün geniş miqyaslı əməliyyat başladılıb. Hüquq-mühafizə orqanları tərəfindən paytaxt Kopenhagenin cənubundakı Hundiqe şəhəri başda olmaqla, ayrı-ayrı şəhərlərdə keçirilən əməliyyatlarda 14 nəfər saxlanılıb.

 

 Şimal Sjaelland polisindən hücum ilə bağlı istintaqın davam etdiyi, hücumun yerli dəstələr tərəfindən həyata keçirilmiş ola biləcəyi bildirildi.



Әlaqәli Xәbәrlәr