“Son vəziyyətə görə Liviyada milli dialoq konfransı keçirilməyəcək”, A.Quterreş

BMT-nin Baş katibi Antonio Quterreş Liviyadakı son vəziyyətə görə ortaya çıxan şərtlərdə aprel ayının ortasında keçirilməsi planlaşdırılan milli dialoq konfransının təşkil edilməyəcəyini açıqlayıb.

1177804

Liviyadakı hərbi fəallıq və general Xəlifə Hafterin Tripolini ələ keçirmək üçün hücum başlatmasından sonra paytaxt şəhərdə mətbuat konfransı keçirən Quterreş “Bu şərtlərdə milli dialoq konfransı keçirilə bilməz” deyib.

Dialoqda olduğu bütün tərəflərin konfranı dəstəklədiyini, seçkilərin tarixinə də liviyalıların tək başına qərar verə biləcəyinə inandığını qeyd edən Quterreş hərbi fəallığı qınayaraq, Liviyada hərbi seçimin həll yolu olmadığını vurğulayıb.

BMT-nin Liviya Dəstək Missiyasının (UNSMIL)  Liviyadakı problemi həll etmək üçün beynəlxalq yol xəritəsinin hissəsi olaraq 14-16 apreldə ölkənin cənubundakı Gadamis şəhərində dialoq konfransı keçirməsi gözlənilir.  

Ölkənin şərqindəki hərbi qüvvələrin lideri general Xəlifə Hafter dünən tərəfdarlarına “terror qruplarını tamamilə təmizləmək üçün” ölkənin qərbindəki bölgələrə getməsi üçün göstəriş vermişdi.

Әlaqәli Xәbәrlәr