Avropa İttifaqı Venesuelaya reaksiya göstərdi

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini özünü müvəqqəti prezident elan edən Milli Məclis sədri Xuan Quaydonun toxunulmazlıqdan məhrum edilməsinin qəbuledilməz olduğunu bildirib.

1177214
Avropa İttifaqı Venesuelaya reaksiya göstərdi

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini özünü müvəqqəti prezident elan edən Milli Məclis sədri Xuan Quaydonun toxunulmazlıqdan məhrum edilməsinin qəbuledilməz olduğunu bildirib.

Aİ üzvləri adından açıqlama verən Moqerini Quaydonun toxunulmazlıqdan məhrum edilməsinin konstitusiya pozuntusu olduğunu bildirərək, “Quaydonun toxunulmazlıqdan məhrum edilməsi qəbuledilməzdir” deyib.

Moqerini belə addımların ölkədəki böhrana siyasi həll yolu tapılmasına zərər verdiyinə də işarə edib.

Aİ-nin Milli Məclis üzvlərinin haqları və toqunulmazlıqlarına hörmətlə yanaşılmasına çağırdığını bildirən Moqerini ittifaqın vəziyyəti yaxından təqib etdiyini və lazım gələn addımları atmağa hazır olduğunu söyləyib.

Venesuela qanunvericilik orqanı Qurucu Məclis (ANC) Ali Ədalət Məhkəməsinin sədri Maixel Morenonun “Quaydonun toxunulmazlıqdan məhrum edilməsi” tələbini müzakirə etmək üzrə Diosdado Cabello başçılığında növbədənkənar yığıncaq keçirmişdi.

Yığıncaqda Quaydonun toxunulmazlıqdan “Ölkə xaricinə çıxmasının qadağan olunmasına baxmayaraq Kolumbiyaya keçməsi” səbəbindən başladılan qanuni proses üçün məhrum edilməsi tələbi millət vəkillərinin hamısının dəstəyilə qəbul edilmişdi.

Qeyd edək ki, Quaydo paytaxt Karakasda 23 yanvarda keçirilən mitinqdə and içərək özünü müvəqqəti dövlət başçısı elan etdi. Daha sonra isə ABŞ-ın Kolumbiyaya yığdığı “humanitar yardımların” 23 fevralda Venesuelaya gətirilməsi təşəbbüsündən bir gün əvvəl Kolumbiyaya keçdi.

Quaydonun kolumbiyalı qeyri-qanuni silahlı qrupların sərhəddə yoxladıqları torpaq yollardan keçmiş ola biləcəyi irəli sürüldü, ancaq Quaydo Kolumbiyaya Venesuela ordusunun dəstəyilə getdiyini bildirdi.

Bu ölkədən sonra Braziliya, Paraqvay, Argentina və Ekvadora gedən Quaydo martın 4-də Venesuelaya qayıtdı və problemsiz şəkildə ölkəyə daxil oldu.



Әlaqәli Xәbәrlәr