Avropa İttifaqı ölkələrində atalıq icazəsi verildi

Avropa İttifaqı rəsmi qəzetində dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək qanuna üzvü ölkələrin hamısı tabe olmalıdır.

1177305
Avropa İttifaqı ölkələrində atalıq icazəsi verildi

  Avropa parlamenti (AP) Avropa İttifaqı (Aİ) üzvü olan ölkələrdə doğuşdan sonra ən azı 10 günlük atalıq icazəsi verilməsilə bağlı qərarı təsdiq etdi.

  Brüsseldə bir araya gələn AP baş assambleyasında vətəndaşların işgüzar həyatına yeni qaydalar gətirən məsələlər müzakirə olunub.

  Doğuş və atalıq icazəsilə bağlı yeni şərtlər gətirən tənzimləmə baş assambleyada 82-yə qarşı 490 səslə qəbul edilib.

  Beləliklə, artıq Aİ üzvü olan ölkələrdə qadın doğduqdan sonra işləyən həyat yoldaşına ən azı 10 iş günü atalıq icazəsi veriləcək. Bu zaman əmək haqqından kəsilməyəcək.

  Həmçinin işləyənlərin yaşadıqları evlərində ciddi sağlıq problemi və ya yaşlı şəxs olarsa, bu şəxslərə illik 5 gün qulluq icazə hüququ veriləcək.

  Avropa İttifaqı rəsmi qəzetində dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək qanuna üzvü ölkələrin hamısı tabe olmalıdır.



Әlaqәli Xәbәrlәr