Ərəb Dövlətləri Liqasının İsrailə etdiyi xəbərdarlıq

Ərəb Dövlətləri Liqası (ƏDL) Qüdsun demografik quruluşunda dəyişiklik etmə təşəbbüslərinə görə İsrailə xəbərdarlıq etdi.

1176529
Ərəb Dövlətləri Liqasının İsrailə etdiyi xəbərdarlıq

Ərəb Dövlətləri Liqası (ƏDL) Qüdsun demografik quruluşunda dəyişiklik etmə təşəbbüslərinə görə İsrailə xəbərdarlıq etdi.

ƏDL-nin Baş katib müavini iordaniyalı Heyfe Əbu Qazelə “Ərəb Mədəniyyəti Günü” münasibətilə Misirin paytaxtı Qahirədə keçirilən mərasimdə Qüdsdəki fələstinlilərin əhali arasındaki nisbətinin 36 faiz olduğunu, ancaq İsrail hakimiyyətinin bunu 12 faizə endirməyə cəhd göstərdiyini söyləyib.

Qüdsün demografik qurğusunda dəyişiklik etmə təşəbbüsləri barədə İsrailə xəbərdarlıq edən Əbu Qazele qüdslü müsəlman və xristianların etnik şəxsiyyətlərinin dəyişdirilməyə cəhd göstərildiyini ifadə edib.

Ebu Qazele İsrail hakimiyyətinin həmçinin Qüdsdə mədəniyyət irsi məhv etməyə cəhd göstərdiyini, tarixi küçələrin adlarını dəyişdiyini və bəzi fələstinlilərin sərvətlərini müsadirə etdiyini bildirib.

ƏDL-in baş katib müavini İsrailin 1967-ci ildən sonrakı prosesdə Əl-Əqsa məscidinin qərbində və Burak divarı sahəsindəki qazıntı işlərini təkidlə davam etdirdiyini vurğulayıb.

ƏDL-in Qadirədəki Mərkəzi Qərargahında keçirilən yığıncağa Fələstin və digər ölkələrdən nümayəndələr qatılıb.



Әlaqәli Xәbәrlәr