Əlcəzairin ordu başçısı konstitusiyanın 102-ci maddəsinin tətbiqini tələb etdi

Əlcəzair rəsmi televiziyasında yer alan xəbərə görə...

1171294
Əlcəzairin ordu başçısı konstitusiyanın 102-ci maddəsinin tətbiqini tələb etdi

  Əlcəzairin ordu başçısı Əhməd Kayid Saleh prezident məqamının boşaldılmasını nəzərdə tutan Konstitusiyanın 102-ci maddəsinin tətbiq olunmasını istədi.

  Əlcəzair rəsmi televiziyasında yer alan xəbərə görə, Saleh ölkənin cənub sektorundakı 4-cü hərbi hissəyə səfəri zamanı konstitusiyanın 102-ci maddəsinin tətbiqinə çağıraraq dedi:

  “Ölkənin böhrandan çıxması üçün həll yolu tapmalıyıq. Əlcəzair xalqının qanuni tələblərinə cavab verilməlidir. Bu həll də konstitusiya maddələrinə hörmət və dövlət hakimiyyətinin davam etdirilməsidir."

  Qeyd edək ki, Əlcəzair Konstitusiyasının 102-ci maddəsinə görə, prezidentin istefası səlahiyyətlərini yerinə yetirməkdə maneəylə qarşılaşması, ölüm və ya xəstəliklə bağlı ola bilər. Bu zaman Məclis sədri prezidentin vəzifəsini 90 günlüyə əvəz edir və bu müddətdə seçkilərin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, sözügedən maddəyə görə, müvəqqəti olaraq prezident məqamını icra edən şəxs seçkilərdə namizəd ola bilməz.

  Xatırladaq ki, Əlcəzairdə 18 apreldə prezident seçkilərinin keçirilməsi planlaşdırılırdı. Ancaq prezident Əbdüləziz Buteflika 11 martda sürpriz qərarla seçkiləri təxirə saldı, namizədlikdən çəkildi və hökumətdə geniş dəyişikliklər ediləcəyini bildirdi.

  1999-cu ildə hakimiyyətə gələn və 4 dövrdür prezident olan 82 yaşlı Əbduləziz Buteflikanın, səhiyyə problemlərinə baxmayaraq, bir daha namizəd olması ölkədə neçə müddətdir etirazlara səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr