Hindistan-Pakistan arasında qatar səfərləri bərpa olundu

Hindistan-Pakistan arasında işlədilən və 28 fevralda dayandırılan Samjhota Ekspressinin səfərləri bu gün bərpa olundu.

1156597
Hindistan-Pakistan arasında qatar səfərləri bərpa olundu

Hindistan-Pakistan arasında işlədilən və 28 fevralda dayandırılan Samjhota Ekspressinin səfərləri bu gün bərpa olundu.

Pakistan Dəmir Yolları İdarəsinin sözçüsü Ejaz Şah Pakistanın Lahor şəhərilə Hindistanın Yeni Delhi şəhərləri arasında təşkil edilən qatar səfərlərinin bu gün dayandırılmadan əvvəlki plana görə bərpa olunduğunu bildirdi.

Səfərə 180 sərnişinilə başlayan Samjhota Ekspressi keçən həftə iki ölkə arasında dərinləşən gərginliyə görə dayandırılmışdı.  

Pakistanın Dəmir yolları naziri Şeyx Raşid 2 mart tarixindəki açıqlamasında səfərlərin  martın 4-də bərpa olunacağını söyləmişdi.

Qeyd edək ki, Hindistan və Pakistan arasındakı son gərginlik fevralın 14-də Kəşmirin Hindistana aid hissəsində baş verib. Fevralın 14-də polis təşkilatına tabe olan milis qüvvələrinə bombalı hücum edilib, 44 nəfər həlak olub.  Yeni Dehli rəhbərliyinin hücumla bağlı Pakistana qarşı ittihamlar ürəli sürüb. Pakistan isə bu ittihamları rədd edib.

Daha sonra fevralın 26-da Hindistan Kəşmirin Nəzarət Xəttinin Pakistan tərəfində yerləşən terror təşkilatı hədəflərinə hava hücumu təşkil etdiyi barədə məlumat yaydı.

Pakistan ölkənin hava məkanını pozduqlarını səbəb göstərərək, Hindistanın iki döyüş təyyarəsini vurduğunu və pilotlardan birinin əllərində olduğunu bildirdi.

Hindistan isə Pakistana məxsus bir döyüş təyyarəsinin vurduğunu açıqladığı halda, İslamabad rəhbərliyi bunu təsdiq etmir.

Pakistanın Baş naziri İmran Xan Hindistanı problemləri dialoq yolu ilə həll etməyə ve sağlam düşüncəli olmağa çağırdı.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu gərginliyə dair açıqlamada tərəfləri təmkinli olmağa və gərginliyin dərinləşməsindən imtina etməyə çağırdı.

Almaniya, İngiltərə, Çin və Rusiya da oxşar çağırış etdilər.



Әlaqәli Xәbәrlәr