"Rusiya Hindistan və Pakistan arasındakı gərginliyin həllinə kömək etməyə hazırdır", S.Lavrov

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir

1155445
"Rusiya Hindistan və Pakistan arasındakı gərginliyin həllinə kömək etməyə hazırdır", S.Lavrov

  Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə Hindistan-Pakistan gərginliyini müzakirə edib.

  Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir:

  “Söhbət zamanı S.Lavrov ölkələrin qlobal terrorla mübarizə müqavilələrinə tabe olmalarını və eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının mexanizmlərinə uymalarının vacibliyinə toxunub.

  Rusiya Hindistan ilə Pakistan arasındakı gərginliyin həllinə kömək etməyə hazırdır. Bu problem diplomatik yollarla çözülməlidir.”  

  Xatırladaq ki, Hindistanla Pakistan arasındakı gərginlik Kəşmirin Hindistan idarəsindəki hissəsində 14 fevralda polis təşkilatına bağlı milis qüvvələrinə edilən və 44 nəfərin ölümü ilə nəticələnən bombalı hücumla başlamışdı.

  Yeni Dehli rəhbərliyi Pakistanı hücumu təşkil edən terrorçuları himayə etməkdə günahlandırmışdı. Hücumu pisləyən Pakistan isə ittihamı rədd edir.



Әlaqәli Xәbәrlәr