Rusiya Hindistan və Pakistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirdi

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov rəsmi Moskvanın müharibə şəraitində olan Hindistan və Pakistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

1154474
Rusiya Hindistan və Pakistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın müharibə şəraitində olan Hindistan və Pakistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

Lavrov Hindistan və Pakistan arasındakı Kəşmir böhranı ilə bağlı olaraq paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada deyib: “Rusiya tələb olacağı təqdirdə Hindistan və Pakistan arasındakı böhrana son qoyulmasına dəstək ola bilər. Tələb olacağı halda Rusiya iki ölkə arasında vasitəçi ola bilər.  

Qeyd edək ki, Hindistan ilə Pakistan arasındakı son gərginlik Kəşmirin Hindistanın nəzarətindəki hissəsində 14 fevralda polis təşkilatına bağlı milis gücünə edilən və 44 nəfərin öldüyü bombalı hücumla başladı.

Rəsmi Yeni Delhi hücumla əlaqədar Pakistanı ittiham etdi. Hücumu qınayan Pakistan isə ittihamı rədd etdiyini bildirdi.

Hindistan 26 fevralda Kəşmir nəzarət məntəqəsinin Pakistana olan tərəfindəki terror təşkilatı hədəflərinə  hava hücumu təşkil etdiyini açıqladı.

Pakistan da dünən səhər hava məkanını pozduğuna görə Hindistana məxsus iki döyüş təyyarəsini düşürdüğünü bildirdi.

Hindistan Pakistana məxsus bir döyüş təyyarəsini düşürdüyünü açıqladıqda, rəsmi İslamabad bunu təsdiqləmədi.

Pakistan hökuməti və ordusu gərginliyin dərinləşməsini istəmədiyini açıqladı. Bu barədəki açıqlamalardan sonra iki tərəf gərginliyin yerinə təmkinlə gözləməyə başladı.

Türkiyə, Avropa İttifaqı, Almaniya, İngiltərə, Çin və Rusiya da tərəfləri təmkinli olmağa çağırdı.



Әlaqәli Xәbәrlәr