Pakistan ordusunun sözçüsü: "Müharibə siyasətin bitdiyi yerdə başlayar"

Pakistan Ordusunun sözçüsü general-mayor Asıf Qafur Hindistanla artan gərginliyin dialoq yolu ilə aran qaldırılmasının yollarını axtardıqlarını bildirdi.

1154098
Pakistan ordusunun sözçüsü: "Müharibə siyasətin bitdiyi yerdə başlayar"

Pakistan Ordusunun sözçüsü general-mayor Asıf Qafur Hindistanla artan gərginliyin dialoq yolu ilə aradan qaldırılmasının yollarını axtardıqlarını bildirdi.

  Asıf Qafur  bu fikri Pakistanda xarici media nümayəndələri ilə keçirdiyi görüşdə  iki gündür ölkəsi ilə Hindistan arasında baş verən hadisələrə münasibət bildirərkən səsləndirdi.

Qafur: "Müharibə siyasətin bitdiyi yerdə başlayar. Pakistanın məqsədi müharibə aparmaq məcburiyyətində qalmaq deyil" deyil.

   Pakistanın Pulwama təcavüzünün baş verdiyi 14 fevraldan bu yana dialoq çağırışı etdiyini xatırladan Qafur yalnız Baş nazir İmran Xanın 3 dəfə Hindistana terrorla bağlı danışıqlar aparmaq və Kəşmir problemini həll etmək üçün görüş təklif etdiyini qeyd etdi.

  Qafur Hindistanın hələ çağırışlara müsbət cavab vermədiyinə diqqət çəkərək:"Dünya Pakistanın atdığı hər addımın sülh və dialoq üçün olduğunu görəcək" dedi.

  Sözçü Hindistanın  hava məkanını pozması ilə bağlı dünən Pakistan tərəfindən keçirilmiş hava əməliyyatı və Hindistana məxsus iki  təyyarənin vurulmasının detallarını bölüşərək: "Pulvamaya hücumun baş verdiyi gündən bu yana havada müşahidəçi qüvvələrimiz nəzarət edirlər. Bu qüvvələr Hindistan tərəfindən təyyarələrin Lahor və Sialkot istiqamətinə hərəkətini müşahidə etdikdə hərəkətə keçdilər. Bu zaman ikinci komandamız havaya qalxdı və mane olma əməliyyatı keçirdi. Sonra üçüncü qrup havaya qalxdı. Vəziyyəti Hindistan təyyarələrinin bu nöqtədə hədəfə mərkəzləşə bilmədiyi kimi qiymətləndirirəm. Üçüncü qrupun gəlişi ilə havada U cizgisi çəkən Hind təyyarələri 4 silah buraxdı. Bu sursatlarboş əraziyə düşüblər. Suverenliyimizi pozdular və cavab verməli idik". ifadələrini işlətdi

 Hava məkanının pozulması faktına Pakistan təyyarələrinin bir gün sonra cavab verdiyini xatırladan Qafur: "Ölkəmizin ruhu və ordumuzun imici üçün məsuliyyətli bir şəkildə cavab verdik. Əvvəl hədəfləri seçdik, sonra ətrafındakı təsir sahəsində həyat, yaşayış məntəqələrinin, ya da hərbi hədəfin olub-olmadığını yoxladıq. Daha sonra gündüz saatlarında Pakistan təyyarələri hava məkanından çıxmadan atəş etdik. Sərhədimizdən10 kilometr içəri girdilər, biz də vurduq" dedi.

  Qafur, Hindistanın tələb etməsi halında yaxalanan hindistanlı pilotu sərbəst buraxacaqlarını vurğulayaraq: "Əvvəl bunu istəməlidirlər,, sonra düşünərik. Ölkəmizə günahsız insanları öldürməyə gəlsə belə, ailəsiylə görüşünü də təklif edərik" dedi.

 Hindistanın təyyarələri vurulduqdan sonra Pakistan təyyarəsini vurduğu ilə bağlı iddiasını xatırladan Qafur: "Pakistanın F16 təyyarəsini vurduq dedilər. Haradadır bu təyyarə? Varsa, göstərsinlər və sübut etsinlər" deyə danışdı.

 Hindistanın 350 hərbiçi öldürdüyü iddialarına da toxunan sözçü: "İslama görə, bir nəfər öldüyü zaman dəfn edilir və namazı qılınır. Belə bir məzar, ya da meyit yoxdur. Amma 350 nəfəri öldürdüklərini deyirlər. Haradadır bu 350 cəsəd? Bir damla qan belə yoxdur" deyə bildirdi.

Bu iddiaların Qərb mediası tərəfindən Hindistan orqanlarından soruşulmadığına diqqət çəkən Qafur: "Heç kim Hindistanın 350 insanı öldürdüyü ilə bağlı məlumat vermir, sual vermir. Pakistan 350 insanı öldürsəydi, minlərlə xəbər yayılardı" dedi.

 Qərb mediasının Hindistan-Pakistan gərginliyi məsələsində ikiüzlü davrandığını və Pakistan haqqında pis imic formalaşdırmağa çalışdığını iddia edən Qafur: "Pakistana Qərb eynəyi ilə baxsanız, bizi pis imici olan bir ölkə kimi görərsiniz. Bizə Türkiyənin, İranın, Çinin, Şri Lankanın eynəyi ilə baxın. 11 Sentyabrı törədənlər arasında bir dənə pakistanlı yox idi. Qərbin bir o insanların ölkələrinə, bir də Pakistana nə etdiyini görün" ifadələrini işlətdi.

 Qafur Pakistanın Qərb tərəfindən aparılan antiterror müharibəyə qoşulduğunu da Əfqanıstan nümunəsi ilə xatırlatdı.

 

 



Әlaqәli Xәbәrlәr