Rusiya Pakistan və Hindistanı təmkinli olmağa çağırdı

Rusiya Pakistan ilə Hindistan arasında yaşanan gərginliyə görə dərin narahat olduqlarını bildirərək, tərəfləri təmkinli olmağa çağırdı.

1153769
Rusiya Pakistan və Hindistanı təmkinli olmağa çağırdı

Rusiya Pakistan ilə Hindistan arasında yaşanan gərginliyə görə dərin narahat olduqlarını bildirərək, tərəfləri təmkinli olmağa çağırdı.
 
 Kremlin sözcüsü  Dimitriy Peskov paytaxt Moskvada jurnalistlərlə görüşündə Pakistan ilə Hindistan arasındakı gərginliyə dair fikir bildirdi.
 
Pekov regiondakı prosesləri yaxından təqib etdiklərini qeyd edərək: "Gələn xəbərlərə görə ciddi şəkildə narahatıq. Bütün tərəfləri gərginliyin azaldılması üçün təmkinli olmağa çağırırıq" dedi.
 
 Qeyd edək ki, Hindistan ilə Pakistan arasındakı gərginlik iki həftə əvvəl artmağa başlayıb.
 
 Hindistanda fevralın 14-də paramilis dəstəyini hədəf alan bombalı hücumda 44 əsgər həlak olub, 20 əsgər yaralanıb. Yeni Dehli rəhbərliyi hücumla bağlı Pakistanı günahlandırır. Hücumu qınayan Pakistan isə ittihamları rədd edir.
 
 Hindistan fevralın 26-da Kəşmir Nəzarət Xəttinin Pakistan tərəfindəki Ceyş-i Məhəmməd təşkilatına məxsus düşərgəyə hava hücumu təşkil etdi.
 
 Pakistan iki ölkə arasındakı gərginlikdən sonra bu gün səhər hava məkanını pozduqlarını səbəb göstərərək,  Hindistana məxsus iki qırıcını vurdu.
 
 Bundan sonra Pakistan mülki aviasiyası bütün hava məkanını bağladığını elan etdi.
 
 Hindistan isə Jammu Kəşmir bölgəsindəki Srinaqar, Cammu və Leh hava limanları ilə Haryana və Pəncab ştatlarının birgə mərkəzi olan Çandiqarh, Pəncab əyalətindəki Amritsar hava limanlarından uçuşları dayandırdı.
 
 Region mətbuatında dərc olunan xəbərlərdə Pakistan və Hindistan hava məkanından istifadə edəcək mülki təyyarələrin ya çıxış hava limanlarına qayıtdığı, ya da alternativ marşrutlara yönəldiyi qeyd olunur.
 
 
 
 



Әlaqәli Xәbәrlәr