“Avropa İttifaqı və Ərəb Dövlətləri Liqası ölkələrinin taleyləri bir-birindən asılıdır”, A.Merkel

Almaniya kansleri Angela Merkel Avropa İttifaqı (Aİ) və Ərəb Dövlətləri Liqası ölkələrinin taleylərinin bir-birindən asılı olduğunu söylədi.

1152170
“Avropa İttifaqı və Ərəb Dövlətləri Liqası ölkələrinin taleyləri bir-birindən asılıdır”, A.Merkel

Almaniya kansleri Angela Merkel Avropa İttifaqı (Aİ) və Ərəb Dövlətləri Liqası ölkələrinin taleylərinin bir-birindən asılı olduğunu söylədi.

Merkel Misirdə keçirilən Aİ-Ərəb Dövlətləri Liqası arasındakı zirvə toplantısındaki açıqlamasında yığıncağın keçirilməsinin müzakirə ediləcək çox mövzu olması səbəbindən əhəmiyyətli olduğunu bildirib.

Merkel deyib: “Aİ və Ərəb Dövlətləri Liqası ölkələrinin taleyləri bir-birindən asılıdır. Bunu köç və qaçqın mövzusunda yaşadıq. İkitərəfli əlaqələri inkişaf etdirmək əhəmiyyət kəsb edir”.

Almaniya kansleri Merkel Ərəb ölkələrinin iqtisadi rifahının da əhəmiyyətini vurğulayaraq bildirib ki, bunun üçün güclü qeyri-hökumət təşkilatları və insan hüquqlarına hörmətlə yanaşmaq lazımdır. Xüsusilə qeyri-hökumət təşkilatlarında günclər əhəmiyyət kəsb edir.

Merkelin bu ifadəsi son günlərdə bəzi Ərəb ölkələrində baş verən insan haqları pozuntularına vurğu tərzində qiymətləndirildi.

İsrailin dövlət haqqının mübahisəsiz olduğunu qeyd edən Merkel Almaniyanın İsrail və Fələstin olaraq iki dövlətli həlldən tərəf olduğunu da bir daha dilə gətirib.

Bəzi Ərəb ölkələrindəki problemlərin hərbi həlldən çox siyasi həll prosəsləri ortaya qoyularaq həll edilməsinin vacibliyinə diqqət çəkən Merkel terrorla mübarizə mövzusunda həmfikir olunduğunu ifadə edib.

Yəməndəki insani fəlakət vəziyyətinə də toxunan Merkel bu barədə Stokholm müzakirələri prosesilə bir ümid yarandığını və bölgədəki silahların uzun müddətdir susmasının əhəmiyyətini xatırladıb.

Merkel Suriya məsələsinə də toxunaraq, 6 milyon insanın ev-eşiyini tərk etdiyi ölkədə siyasi dəyişiklik prosesinə ehtiyac olduğunun ortaya çıxdığını və Suriyanın siyasi gələcəğinin nə olacağı barədə Ərəb Dövlətləri Liqası ölkələrilə qarşılıqlı görüşlərin davam etməsini istədiyini vurğulayıb.  



Әlaqәli Xәbәrlәr