Venesuela Kolumbiya ilə diplomatik və siyasi əlaqələri kəsdi

Venesuela prezidenti Nikolas Maduro Kolumbiyanın diplomatlarına ölkəni tərk etmək üçün 24 saat verib.

1151247
Venesuela Kolumbiya ilə diplomatik və siyasi əlaqələri kəsdi
Kolombiya Almagro.jpg

 Venesuela prezidenti Nikolas Maduro Kolumbiya ilə diplomatik və siyasi əlaqələri kəsdiklərini açıqladı.

  Paytaxt Karakasda (Caracas) təşkil edilən nümayişdə Sosialist partiyanın rəngi olan qırmızı köynək geyinmiş minlərlə insanın qarşısına oynayaraq çıxan, Venesuela bayrağını sallayan və sürəkli alqışlarla qarşılanan Maduro tərəfdarlarına səslənərək deyirb:

  “Heç vaxt təslim olmayacağıq və ölkəmizin müstəqilliyini canımız bahasına müdafiə edəcəyik.

  Biz heç nədən qorxmuruq. Özünü müvəqqəti prezident elan edən Xuan Quaydo (Juan Guaido) Venesuelanı müstəmləkə etmək istəyən Amerikanın kuklasıdır.  

  Kolumbiyanı isə müxalifətə dəstək verdiyi üçün qınayır və bu ölkə ilə diplomatik və siyasi əlaqələri kəsirik.”

  Venesuela prezidenti Nikolas Maduro Kolumbiyanın diplomatlarına ölkəni tərk etmək üçün 24 saat verib.

  Kolumbiyanın Xarici İşlər naziri Karlos Holmes Truxilyo Almaqro (Carlos Holmes Trujillo Almagro) “twitter”dən verdiyi açıqlamada Maduronun Kolumbiya ilə diplomatik əlaqələri kəsmək qərarını tanımadıqlarını söyləyib.

  Digər tərəfdən, paytaxt Karakasda müxalifət tərəfindən də nümayişlər təşkil olunub. Hava bazasının yaxınlığında keçirilən nümayişdə ölkəyə humanitar yardımın daxil olmasına çağırış edilib.

  Həm iqtidar, həm müxalifətin mitinqlərində minlərlə adam olub.



Әlaqәli Xәbәrlәr