Təbii fəlakət Avstraliya iqtisadiyyatına ciddi ziyan vurub

Avstraliyanın Kvinslənd əyalətində minlərə evin su altında qalmasına səbəb olan selin vurduğu zərərin miqdarı araşdırılır.

1142963
Təbii fəlakət  Avstraliya iqtisadiyyatına ciddi ziyan vurub

 

Avstraliyanın Kvinslənd əyalətində minlərə evin su altında qalmasına səbəb olan selin vurduğu zərərin miqdarı araşdırılır.

Məlumata görə,  sel sularının təkcə heyvandarlıq sahəsinə vurduğu zərər 300 milyon dollardan çoxdur.

Təbii fəlakət  nəticəsində 300 min başdan çox iribuynuzlu heyvan tələf olub.

Qeyd edək ki, ötən həftə Avstraliyada yağan güclü yağış ölkə iqtisadiyyatının müxtəlif sahələrinə xeyli miqdarda ziyan vurub. Daşqınlar nəticəsində çox sayda ev sular altında qalmışdı.



Әlaqәli Xәbәrlәr