Pakistan  BVF ilә müqavilә bağlayacaq

Bu barәdә ölkәnin Maliyyә naziri Asad Ömәr mәlumat verib.

1142989
Pakistan  BVF ilә müqavilә bağlayacaq

 

Pakistan yaxın zamanda  Beynəlxalq Valyuta Fondu ilə müqavilə bağlayacaq.

Bu barәdә ölkәnin Maliyyә naziri Asad Ömәr mәlumat verib. O, qeyd edib ki, BVF vә Pakistan ölkәdә aparılacaq struktur islahatlar mövzusunda bәnzәr düşüncәlәrә malikdir.

Peşaver şәhәrindәki Sarhad Ticarәt vә Sәnaye Palatasında çıxış edәn Asad Ömәr Pakistan Baş naziri İmran Xan vә BVF rәhbәri Kristin Laqardenin dәstәk paketi mәsәlәsi ilә bağlı  Dubayda görüş keçirdiklәrini xatırladıb.

Asad Ömәr BVF vә Pakistanın  ölkәdә aparılacaq struktur islahatlar mövzusunda bәnzәr düşüncәlәrә malik olduğunu vurğulayaraq deyib: ‘‘BVF vә Pakistanın dәstәk paketi mәsәlәsindәki mövqelәri dәyişib. Görünür ki, Pakistan yaxın zamanda BVF ilә müqavilә bağlamağa hazırlaşır’’.

Ömәr Pakistan iqtisadiyyatının  inkişaf etmәsi üçün lazımı addımların atılmasının vacibliyini vurğulayıb.

Asad Ömәr iqtisadiyyatın inkişaf etmәsi üçün başda Hindistan olmaqla qonşu ölkәlәrlә münasibәtlәrin güclәndirilmәsinin әhәmiyyәtini vurğulayıb.


Etiketlәr: #Pakistan , #BVF , #Asad Ömәr

Әlaqәli Xәbәrlәr