Efiopiyaya mәxsus hәrbi helikopter qәzaya uğrayıb
BMT-nin Abey ərazisində təhlükəsizliyin təmin olunması üzrə müvəqqəti qüvvələrinin məlumatına görə, hadisə zamanı helikopterdә 23 nəfər olub.
1142051
Efiopiya Hərbi Hava Qüvvələrinә mәxsus helikopter Sudanın Abey şәhәrindә qәzaya uğrayıb.
BMT-nin Abey ərazisində təhlükəsizliyin təmin olunması üzrə müvəqqəti qüvvələrinin məlumatına görə, hadisə zamanı helikopterdә 23 nəfər olub.
Onlardan 3-ü həlak olub, daha 10 nəfər yaralanıb. Yaralılardan 3-ü ağır vəziyyətdədir.
Mәlumata әsasәn, helikopter Cənubi Sudanla sərhədindəki Kaduqli şəhərinə uçurmuş.
Qəzanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib, araşdırmalara başlanılıb.