Sudan prezidenti Qәtәr Әmiri ilә görüşdü

Sudan prezidenti Ömər əl-Bəşir  Dohaya etdiyi sәfәr çәrçivәsindә Qәtәr  Əmiri Şeyx Təmim ibn Hәmmad Әl Sani ilә bir araya gelib.

1132256
Sudan prezidenti Qәtәr Әmiri ilә görüşdü

 

Sudan prezidenti Ömər əl-Bəşir  Dohaya etdiyi sәfәr çәrçivәsindә Qәtәr  Əmiri Şeyx Təmim ibn Hәmmad Әl Sani ilә bir araya gelib.

Qәtәrin rәsmi KUNA xәbәr agentliyinin yaydığı xәbәrә әsasәn, Sudan prezidenti Ömәr әl-Bәşir bir aydan çoxdur ölkәsindә davam edәn etiraz aksiyalardan sonra xaricә hәyata keçirdiyi ilk sәfәr çәrçivәsindә Qәtәr Әmiri Şeyx Tәmim ibn Hәmmad Әl Sani ilә görüşüb.

Sudandakı proseslәrin müzakirә olunduğu görüşdә Ömәr әl-Bәşir ölkәsinin üzlәşdiyi çәtinliklәr ilә gündәmdәki aktual mәsәlәlәr haqqında mәlumat verib.

Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq və regional hadisələr habelə Darfurdakı sülh prosesindəki yeniliklər qiymətləndirilib.

Qətər Əmiri Şeyx Təmim ibn Hәmmad  ölkəsinin Sudandakı sabitliyin təmin olunması məsələsindəki sarsılmaz mövqeyini vurğulayıb.

Sudan prezidenti Bəşir  ölkәsindә yaşanan  iqtisadi böhran ilә әlaqәdar dekabrın 19-dan etibarәn keçirilәn etiraz aksiyalarından sonra xaricә ilk rәsmi sәfәr edib.  



Әlaqәli Xәbәrlәr