ABŞ-da işdən çıxarmalara Dananın da adı daxil oldu

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Uaytın (Dana White) yerinə Çarlz E.Sammers (Charles E. Summers, Jr.) təyin olundu.

1116959
ABŞ-da işdən çıxarmalara Dananın da adı daxil oldu

  ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Uaytın (Dana White) yerinə Çarlz E.Sammers (Charles E. Summers, Jr.) təyin olundu.

  Uzun müddətdir tabeliyindəki əməkdaşlara münasibətilə bağlı inzibati istintaqa cəlb edilmiş Pentaqonun İctimaiyyətlə Əlaqələr üzrə Dövlət katibi Dana Uayt ABŞ Müdafiə naziri Cim Mattisin (Jim Mattis) istefasından sonra işdən azad edildi.

  Pentaqonun yazılı açıqlamasında bildirilir: "2019-cu ilin 1 yanvar tarixindən etibarən Çarlz E.Sammers Xalqla Əlaqələr və Məsul Müdafiə Məsələləri üzrə müşavir vəzifəsinə təyin olunur.”

  Qeyd edək ki, Ç.E.Sammers Xalqla Əlaqələr və Məsul Müdafiə Məsələləri üzrə müşavir müavini olaraq çalışırdı.  

  Cim Mattisin təyin etdiyi Dana Uaytı indiki ABŞ Müdafiə naziri vəzifəsini əvəz edən Patrik Şanahanın (Patrick Shanahan) işdən çıxardığı söylənilir.

  Xatırladaq ki, C.Mattis ABŞ prezidenti Donald Trampun Amerika əsgərlərinin Suriyadan geri çəkilmə qərarından sonra istefa etmişdi.



Әlaqәli Xәbәrlәr