ABŞ Əfqanıstandan çıxmaq üçün nəyi gözləyir?

Tramp rəhbərliyinin Suriyadan çəkilmə qərarından sonra Əfqanıstandakı 14 mindən çox əsgər sayını da yarıya endiriləcəyi xəbərləri rəsmi Vaşinqtonda böyük müzakirələrə səbəb olub.

1116090
ABŞ Əfqanıstandan çıxmaq üçün nəyi gözləyir?

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Əfqanıstandakı əsgər sayını yarıya endirmə qərarı verdiyinə istiqamətli xəbərlərdən az qala iki həftə keçdi, ancaq bu mövzuda rəsmi bir təlimat hələ Müdafiə Nazirliyinə (Pentaqon) verilməyib.

  Tramp rəhbərliyinin Suriyadan çəkilmə qərarından sonra Əfqanıstandakı 14 mindən çox əsgər sayını da yarıya endiriləcəyi xəbərləri rəsmi Vaşinqtonda böyük müzakirələrə səbəb olub. Belə ki, Dövlət Departamenti Əfqanıstan üçün hələ rəsmi bir addım atmayıb.

  Müdafiə Nazirliyi məsələ ilə əlaqədar bildirib: "Əfqanıstanda qoşun sayını azaltmaq üçün imzalı təlimat yoxdur".

  Pentaqonun sözçüsü podpolkovnik Kone Faulkner isə belə bir yazılı açıqlama verib:

  “Talibanla sülh danışıqları davam edir. Əsgərlərin sayı və statusu ilə əlaqədar bütün variantları qiymətləndiririk. Hansı qüvvələrin geri çəkiləcəyi bəlli deyil.

  Əfqanıstan ordusunun manevr qabiliyyəti, hava qüvvələrinin əməliyyat qabiliyyəti mühüm dərəcədə inkişaf edib. Təyyarə və vertolyotların sayı 152-yə yüksəlib.

  Ölkədə fəaliyyət göstərən terror təşkilatlarına qarşı Əfqanıstan ordusu əhəmiyyətli irəliləyişlər əldə edib.

  NATO missiyası Əfqanıstan ordusunda 20 min xüsusi təyinatlı qüvvəyə təlim keçib.”

  Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Qarret Marquis də Əfqanıstandakı əsgərlərin bir qisminin geri çəkilməsinə dair hələ rəsmi bir qərarın olmadığını söyləyib, hətta Amerikanın “Bloomberg” televiziyasına belə deyib: “ABŞ prezidenti hələ Əfqanıstandakı qüvvələrin sayını azaltmağı qərara almayıb və Müdafiə Nazirliyinə Əfqanıstandan qoşunların çıxarılmasını tapşırmayıb".

  Xatırladaq ki, əvvəlki ABŞ prezidenti Barak Obama Əfqanıstandan tədricən geriçəkilmə strategiyası ilə ölkədəki əsgər sayını 9800-ə endirmişdi. 2017-ci ilin sonuna qədər ABŞ bu rəqəmi 5500-ə çatdırmaq niyyətində idi. 2016-cı il prezident seçkilərini qazanan Donald Tramp isə çəkilmə prosesini dayandırdı və Pentaqonun Əfqanıstan üçün bir iddia hesabatı hazırlamasını istədi. Tramp rəhbərliyi Pentaqon hesabatı üzərində 2017-ci ilin avqustunda Cənubi Asiya Strategiyasını açıqladı və burada ABŞ-ın Əfqanıstandan çəkilmə prosesinin şərtlərə bağlı olacağını bildirdi. Üstəli D.Tramp Əfqanıstanda ABŞ hərbi qüvvələrinin sayını 9800-dən 14,000-ə qaldırdı.  



Әlaqәli Xәbәrlәr