ABŞ prezidenti İraqa gözlәnilmәz sәfәr edib

Bu barәdә Ağ Evdәn verilәn bәyanatda  bildirilib.

1114356
ABŞ prezidenti İraqa gözlәnilmәz sәfәr edib

Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın terror tәşkilatı DEAŞ-ı mәğlub edәcәyini deyib.

ABŞ prezidenti Donald Tramp xanımı Melaniya Trampla birlikdə İraqa qeyri-rəsmi səfər edib. Donald Tramp ABŞ-ın İraqdakı hәrbi bazasına baş çәkib vә әsgәrlәri Milad bayramı münasibәtilә tәbrik edib.

Bu barәdә Ağ Evdәn verilәn bәyanatda  bildirilib.

Ağ Evin mәtbuat katibi Sarah Sanders (Sarah Sanders) şәxsi Twitter sәhifәsindәn verdiyi açıqlamada Donald Tramp ilә  xanımı Melaniya Trampın İraqa sәfәr etdiklәrini vә ölkәdәki Amerika ordu birliklәrini Milad bayramı münasibәtilә tәbrik etdiklәrini qeyd edib.

İraqın Әnbar vilayәtindә yerlәşәn Әynül Әsәd hәrbi bazasında çıxış edәn Donald Tramp deyib: ‘‘İraqdan çıxmaq ilə bağlı hər hansı planımız yoxdur. Əgər Suriyada nəsə etmək istəsək, İraqı baza kimi istifadə edəcəyik”.

Donald Tramp ondan Suriyadan çıxmaq üçün әlavә vaxt tәlәb olunduğunu ancaq bunu qәbul etmәdiyini bildirәrәk deyib: ‘‘DEAŞ-ı mәğlub etmәk istәyәn Prezident Rәcәb Tayyib Әrdoğanla bu mәsәlәni müzakirә etdik’’.

Bu arada İraq Baş naziri Adil Abdulmehdinin ölkәsinә sәfәr edәn Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Trampla telefon әlaqәsi saxladığı bildirilib.

Bu barәdә İraq Nazirlәr Kabinetindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, telefon danışığında ABŞ qoşunlarının Suriyadan çıxma qәrarı vә  DEAŞ-la mübarizә mәsәlәlәri müzakirә olunub.



Әlaqәli Xәbәrlәr