ABŞ prezidenti Donald Trampın İraqa səfərinə göstərilən reaksiyalar

İraqda şiə lider Müqtəda əs-Sədr başçılığındakı Sədr Hərəkatı ABŞ prezidenti Donlad Trampın dünən ölkəyə reallaşdırdığı gözlənilməyən səfərinin ölkələrin suverenliyini gözdən yayındırma siyasətinin bir hissəsi olduğunu bildirərək reaksiya göstərdi.

1114723
ABŞ prezidenti Donald Trampın İraqa səfərinə göstərilən reaksiyalar

İraqda şiə lider Müqtəda əs-Sədr başçılığındakı Sədr Hərəkatı ABŞ prezidenti Donald Trampın dünən ölkəyə reallaşdırdığı gözlənilməyən səfərinin ölkələrin suverenliyini gözdən yayındırma siyasətinin bir hissəsi olduğunu bildirərək reaksiya göstərdi.

Müqtəda əs-Sədr qrupu ABŞ qüvvələrinin İraqın çıxarılması üçün parlament qərarı da istədi.

Sədrə bağlı parlamentdəki Sairun qrupunun sözçüsü Hamdullah Riqabi yaydığı yazılı açıqlamada bildirib ki, Trampın İraqda Aynül Əsəd bazasına baş çəkməsi ABŞ-ın digər ölkələrə qarşı hörmətsizliyini və suverenliklərini gözdən yayındırdığını göstərir.

Riqabi İraq parlamentini mövzuyla əlaqəli tarixi və milli mövqe göstərməyə çağırıb və parlamentin ABŞ qüvvələrinin İraqdan çıxarılması üçün qərar qəbul etməsini istəyib.

Trampın bu səfərinə parlamentin Haşdi Şabi qruplarının olduğu Bina Koalisiyası da reaksiya göstərib.

Koalisiyanın açıqlamasında bildirilib ki, səfər ölkənin  suverenliyinə hörmətsizlikdir. Hökumət bu səfəri rədd etməli və ABŞ-ın Bağdad səfiri nazirliyə çağrılaraq nota verilməlidir.

Parlamentdə 15 yeri olan şiə milis gücünə sahib Asayib Əhlilhaq Təşkilatı lideri Kays Hazeli də sosial şəbətə vasitəsilə bildirib ki, bu səfərə görə ABŞ qüvvələrinin İraqdan çıxarılması üçün parlament qərarı qəbul edilməlidir.

Trampın bu səfərinə göstərilən reaksiyalar qarşısında parlamentin məsələni müzakirə etmək üçün yaxın zamanda növbədən kənar toplantı keçirəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr