“Həmas” BMT-nin qərarını məmnunluqla qarşıladı

“Həmas” ABŞ-nın təşkilatın qınanmasını istəyən və iki dövlətli həlldən bəhs etməyən qərar layihəsinin BMT-nin ümumi iclasında qəbul edilməməsini məmnunluqla qarşıladı.

1102499
“Həmas” BMT-nin qərarını məmnunluqla qarşıladı

“Həmas” ABŞ-nın təşkilatın qınanmasını istəyən və iki dövlətli həlldən bəhs etməyən qərar layihəsinin BMT-nin ümumi iclasında qəbul edilməməsini məmnunluqla qarşıladı.

“Həmas”ın yaydığı açıqlamada bildirilib ki, qərar layihəsini rədd edən, uğursuz olması üçün cəhd göstərən, Fələstin xalqının və müqavimətinin yanında olan ölkələrə təşəkkür etdi. Qərarın qəbul edilməməsi Fələstinin haqları və Fələstin xalqını səvənlər üçün böyük bir zəfərdir.  ABŞ rəhbərliyinin qərar lahiyəsini qəbul etdirə bilməməsi bu ölkənin hegemonluğunun dəhşətli şəkildə uğursuz olması və ABŞ rənbərliyilə bölgədəki siyasətlərinin ciddi məğlubiyyətidir.

“Həmas” BMT-də ABŞ-ın və İsrailin tərəfində yer alan ölkələri də mövqelərini yenidən gözdən keçirərək “Fələstin xalqına yönəldilmiş təhlükəli və tarixi səhvlərini” düzəltməyə çağırıb.

İsrailin işğalına istənilən metodla müqavimət göstərməyin Fələstin xalqının qanuni haqqı olduğu və bütün beynəlxalq qanunlar tərəfindən zəmanət altına alındığı bildirilən açıqlamada ABŞ-ın Fələstin xalqının müqavimətini pisləməyə davam etməsinin həqiqətləri dəyişməyəcəyi, Fələstin xalqının haqqını istəməkdən və onu müdafiə etməkdən çəkindirməyəcəyi vurğulanıb.

Açıqlamada o da vurğulanıb ki, hər kəs tərəfindən etiraz edilməsi və qınanması lazım olan həqiqi terrorun İsrailin Fələstin torpaqlarını işğal etməsi, milyonlarla insanı torpaqlarından köç etdirməsidir. Bundan başqa Fələstin xalqına yönəldilmiş qətliam törətməsinin, Qüdsü yəhudiləşdirməsinin, yaşayış yerləri inşa etməsinin və fələstinli qaçqınların öz torpaqlarına geri qayıtmasının qarşısının alınmasıdır.

“Həmas” sözçüsü Sami Əbu Zuhri də özünün “Twitter” səhifəsində ABŞ-ın qərar layihəsinin uğursuz olmasının fələstinlilərin İsrailə qarşı müqavitəminin qanuniliyini və Fələstin xalqı ilə mövcud məsələsinə qarşı siyasi dəstəyinin sübutu olduğunu, ABş-ın qərar layihəsinin BMT-nin ümumi iclasında rədd edilməsinin ABŞ rəhbərliyinə vurulan bir sillə olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr