BMT, Həmas ilə bağlı qərar layihəsini qəbul etmədi

ABŞ tərəfindən hazırlanan və Həmasın qınanması tələb edilən, iki dövləti həll yoluna isə  toxunulmayan qərar layihəsi BMT Baş Assambleyasında rədd edildi.

1102299
BMT, Həmas ilə bağlı qərar layihəsini qəbul etmədi

Layihə 193 üzvlü ümum şurada səsə qoyulmamış, ABŞ-nın səsvermə qaydalarına dair təklifi də  müsbət  qarşılanmadı. ABŞ layihənin 3-də 2 əksəriyyət səs əvəzinə sadə əksəriyyət səslə qəbul edilməsini təklif etmişdi.

BMT Baş Assambleyasında müzakirə edilən layəhə 87 ölkənin  dəstəyi  ilə   qarşılanarkən, 57 ölkə əleyhəd səs verdi. 33 ölkə isə bitərəf qaldı. Həmin nəticəyə əsasən Həmasın qınanmasını tələb edən qərar layihəsi rədd edildi.

Əfqanıstanın səhv əks olunduğu səbəbiylə bitərəf görünən səsinin əleyhdə olaraq düzəldilməsini tələb   etməsiylə, qərardan müxalif ölkə sayı 58, bitərəflərin sayı isə 32 olaraq dəyişdirildi.

İsrailin zorakılıqlarından söz aparılmayan ABŞ-ın tək tərəfli qanun layihəsində, Həmas və Fələstin İslami Cihad Hərəkatı də daxil olmaqla bütün silahlı qruplara çağırış edilib ki, fəaliyyətlərinə və şiddət hadisələrinə son qoysunlar. Layihədə Həmasın vəsaitlərdən dinç sakinlərin zərurətlirinin təmini üçün yox, hərbi infrasturuktur üçün istifadə etməsi də qınanır.

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Haley, səsvermə əvvəli  çıxışında,  indiyə qədər İsrailin ən az 500 dəfə qınandığını xatırladaraq, terror təşkilatı olaraq xarakterizə etdiyi Həmasın hərəkətlərinin qınanmasının lazım gəldiyi nəzərindən müdafiə etdi və layihəyə dəstək verilməsini istədi.

BMT-ni İsrailə qarşı qərəzli və düşmənvari münasibət göstərməkdə ittiham edən Haley, “Fələstin xalqına zərər vuran terror təşkilatına dəstəyiniz İsraildən nə qədər nifrət etdiyinizin göstəricisidir”.



Әlaqәli Xәbәrlәr