NATO-nun xarici işlər nazirləri yığıncağı 4-5 dekabr tarixlərində Brüsseldə keçiriləcək

Şimali Atlantika Alyansı (NATO) üzvü olan 29 ölkənin xarici işlər nazirləri Rusiya dekabrın 4-5-də Belçikanın paytaxtı Brüsseldə bir araya gələcək.

1099608
NATO-nun xarici işlər nazirləri yığıncağı  4-5 dekabr tarixlərində Brüsseldə keçiriləcək

Şimali Atlantika Alyansı (NATO) üzvü olan 29 ölkənin xarici işlər nazirləri Rusiya dekabrın 4-5-də Belçikanın paytaxtı Brüsseldə bir araya gələcək.

İki gün davam edəcək NATO xarici işlər nazirləri iclasının gündəliyinə dair bəyanatlar verən NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) ABŞ-la Sovet İttifaqı arasında 1987-ci ilde keçirilən və ittifaqın dağılmasından sonra ABŞ ilə Rusiya arasında davam edən “INF müqaviləsi”nin sabah keçiriləcək toplantının əsas gündəm maddələrindən olacağını deyib.

 Stoltenberq “Rusya yeni bir raket inkişaf etdirdi, istehsal etdi və yerləşdirdi. Bu raket mobildir və müəyyən edilməsi xeyli çətindir. Raketin nüvə gücü də var. Raket qısa bir xəbərdarlıq müddəti ərzində və ya heç bir xəbərdarlıq olmadan Avropa şəhərlərinə çata bilər. ABŞ “INF”yə tamamilə sadiqdir. Avropada yeni ABŞ raketləri yoxdur, amma yeni rus raketləri var" deyə bildirib.

 Stoltenberq xarici işlər nazirlərinin sabah keçiriləcək yığıncağının gündəmində Azov dənizindəki Ukrayna-Rusiya gərginliyinin də yer tutacağını söyləyib.

 NATO ölkələrinin xarici işlər nazirlərinin Gürcüstan və Ukrayna xarici işlər nazirləri ilə bir araya gələcəyini vurğulayan Stoltenberq bu ölkələrin Rusiyadan mənbələnəi ciddi təhlükəsizlik çətinlikləri ilə qarşı-qarşıya olduğunu bildirib.

 Stoltenberq deyib ki, Rusiya Kerç Boğazında Ukrayna gəmilərini və dənizçilərini saxladı. Bu şəkildə gücdən istifadənin bəhanəsi yoxdur. Dincliyə və təmkinli olmağı çağırırıq. Rusiya Ukrayna gəmilərini və dənizçilərini azad etməli, dənizdə sərbəst hərəkətə imkan verməli, Azov dənizində Ukrayna limanlarına daxil olunmasına mane olunmamalıdır.

Xarici işlər nazirlərinin Orta Şərq və Şimali Afrikadakı təhlükəsizlik təhdidlərini də müzakirə edəcəklərini bildirən Stoltenberq bu çərçivədə alyansın regiondakı tərəfdaşlara verdiyi dəstəyi qiymətləndirəcəklərini deyib.

 NATO İraqda yerli qüvvələrə təlim keçən misyonununa dair də fikir mübadiləsi aparılacağını qeyd edən Stoltenberq bunun beynəlxalq terrorla mübarizəyə güclü töhfə verdiyini dilə gətirib.

 Stoltenberq xarici işlər nazirlərinin görüşünün ikinci günündə Qərbi Balkanları görüşəcəyini qeyd edib.

 Xarici işlər nazirləri toplantısının Əfqanıstandakı "Qətiyyətli Dəstək Missiyası"na dair qiymətləndirmə apararaq sona çatacağını qeyd edən Stoltenberq bildirib ki, Əfqanıstanda imtahanların ölçüsü çox böyükdür. Ölkənin beynəlxalq terrorçular üçün təhlükəsiz bölgə halına gəlməsinə mane olmaq üçün səylərimizi davam etdirməliyik.

 Yığıncaqda Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlu təmsil edəcək. Çavuşoğlunun iclas çərçivəsində bəzi həmkarları ikitərəfli görüşlər keçirməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr