Dünya Halal Zirvəsi və Halal Ekspo Sərgisi İstanbulda keçirilir

Dünya Halal Zirvəsi və 6-cı İslam Əməkdaşlıq Təşkilatı Halal Sərgisi Türkiyənin ev sahibliyi ilə 29 noyabrda start götürüb.

1097479
Dünya Halal Zirvəsi və Halal Ekspo Sərgisi İstanbulda keçirilir

Əhali  sayı  2 milyona çatan islam aləmi ildə 2 trilyon 100 milyard dollarlıq iqtisadiyyatı hərəkətə keçirir. Bu iqtisadiyyatın demək olar ki, 50%-ni qida məhsulları üçün edilən xərclər təşkil edir. İslam ölkələrində əhali sayının artması isə halal qidaya olan tələbatı da artırır. Bu da Halal məhsul bazarlarının hər keçən gün daha da inkişaf etməsinə töhfə  verir. Türkiyə isə bu bazarlarda söz sahibi ölkə mövqeyindədir.

Qidadan savayı turizm, kosmetika, tibb, kimya, qablaşdırma, islam həyat tərzi və mühafizəkar moda, cihazqayırma kimi sektorlar da halal bazarlara daxil olurlar. Beləcə sürətlə inkişaf edən bazar dünyada 4 trilyon dollarlıq iqtisadiyyatı əhatə edir. 2017-ci ildə Türkiyə hala qidaya 127 milyard dollar xərcləyərək dünya ölkələri arasında ikinci sırada iştirak etdi.

Halal bazarında ən sürətli böyüyən sektorlardan biri də turizmdir.

Qeyd edək ki, turizm də halal bazarında ən çox inkişaf sektorlardan biridir. Ötən il halal turizm üçün 177 milyard dollar xərclənib. Bu məbləğin 2023-cü ilə qədər 274 milyard dollara qalxacağı proqnozlaşdırılır. Avropalı müsəlmanların halal turizmdə ən çox seçimi Türkiyə olub.

Türkiyə halal turizm bazarında, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Malayziyadan sonra 3-cü sırada qərarlaşıb.



Әlaqәli Xәbәrlәr