Kremlin: ABŞ-da keçirilən ara seçkilərin nəticələri gözlənildiyi kimi oldu

Rusiya ABŞ-da keçirilən ara seçkilərin nəticələrinin gözlənildiyi kimi olduğunu bildirdi.

1083721
Kremlin: ABŞ-da keçirilən ara seçkilərin nəticələri gözlənildiyi kimi oldu

Rusiya ABŞ-da keçirilən ara seçkilərin nəticələrinin gözlənildiyi kimi olduğunu bildirdi.

Kremlinin Xarici Siyasət üzrə məsləhətçisi Yuri Uşaqov həmin mövzuyla bağlı açıqlamasında deyib: "Seçkilərin nəticəsi hər kəs üçün gözlənildiyi kimi oldu. ABŞ-ın siyasi praktikası nəzərdə tutulduqda başqa nəticə gözləmək çətin olardı. Seçkilərin Rusiya-Amerika əlaqələrinə necə təsir edəcəyini gözləyib, görməliyik."

Qeyd edək ki, ABŞ-da Konqres üçün keçirilən ara seçkilərdə rəsmi olmayan nəticələrə görə Respublikaçı Partiya Senatda əksəriyyəti qorudu, Nümayəndələr Palatasında isə Demokratlar qələbə qazandı.



Әlaqәli Xәbәrlәr