ABŞ daha bir ölkəni sanksiyadan azad etdiyi  ölkələr  siyahısına daxil etdi

ABŞ-ın İrana tətbiq edilən sanksiyalardan Türkiyə daxil olmaqla cəmi 8 ölkəni müvəqqəti olaraq azad edib. Siyahıya daha bir ölkə də əlavə olunub.  Birləşmiş Ştatların Kabildəki səfiri Con Bass  bu  barədə  məlumat  yayıb.

1083526
ABŞ daha bir ölkəni sanksiyadan azad etdiyi  ölkələr  siyahısına daxil etdi

O  bildirib  ki,  Əfqanıstanın neft idxalına və İranın Çabahar limanına sanksiya tətbiq olunmayan malların göndəlməsinə icazə veriləcək.

Qeyd edək ki, noyabrın 5-dən etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minib. İranın 700-dən çox şirkət və fiziki şəxsinə qarşı məhdudiyyət qoyulub.



Әlaqәli Xәbәrlәr