ABŞ-da keçirilən ara seçkilərin rəsmi olmayan nəticələri

ABŞ-da Konqres üçün keçirilən ara seçkilərdən rəsmi olmayan nəticələrə görə Respublikaçılar Partiyası Senatda əksəriyyəti qorudu, Nümayəndələr Palatasındakı üstünlüyünü isə Demokrat Partiyaya təhvil verdi.

1083049
ABŞ-da keçirilən ara seçkilərin rəsmi olmayan nəticələri

ABŞ-da Konqres üçün keçirilən ara seçkilərin rəsmi olmayan nəticələrə görə, Respublikaçılar Partiyası Senatda əksəriyyəti qorudu, Nümayəndələr Palatasındakı üstünlüyünü isə Demokrat Partiyaya təhvil verdi.

ABŞ-da seçicilər Nümayəndələr Palatasındakı 435 üzvünün hamısı, Senatın isə 100 üzvünün 35-ni müəyyən etmək üçün səs verdi.

Ölkənin bəzi ştatlarında hələ də səs sayılması işləri davam edərkən, rəsmi olmayan nəticələrinə görə Demokratlar 8 ildən sonra Nümayəndələr Palatasındakı üstünlüyü  Respublikaçıların əlində aldı. 

Səslərin nəticələrinə görə, Demokratlar Nümayəndələr Palatasında 219 yer qazandıqda, Respublikaçılar 193 üzv qazandılar. Palatanın 23 üzvünün adı isə hələ müəyyən deyil. 

Amerika KİV-nin təqdim etdiyi rəsmi olmayan nəticələrə görə, Respublikaçı Partiya 100 üzvü olan Senatda 50 yer qazandı. ABŞ-dakı sistemə əsasən vitse-prezident Mayk Pens Senatın sədri qəbul edildiyinə görə respublikaçılar əksəriyyəti əldə etmiş sayılır.

Nümayəndələr Palatasında isə Demokratların qazandığı 195 üzv qarşısında rəspublikaçılar indiqədək 181 yer qazandı.

Kaliforniya ştatından Nümayəndələr Palatasına yenidən seçilər və Nümayəndələr Palatasının mövcud azlıq lideri demokrat Nensi Pelosi deyib ki, bu, demokrat və respublikaçı məsələsi deyil ABŞ-da Tramp rəhbərliyinə qarşı konstitusiyanın əsəslarını təkrar yerinə yetirmə məsələsidir.

ABŞ prezidenti Donald Trampın da Pelosiyə zəng edərək Demokratların Nümayəndələr Palatasında üstünlüyü əldə etməsinə görə təbrik etdiyi bildirilib.

ABŞ prezidəntinin fikrincə seçkinin nəticələri uğurlu olub.

Tramp "Twitter" səhifəsində "Bu axşam möhtəşəm uğur qazandıq. Hamınıza təşəkkür edirəm!"-deyə yazıb.

Digər tərəfdən Miçiqan və  Minnesota ştatlarında seçkilərdə iştirak edən Fələstin əsilli Raşidə Tlaib və Somali əsilli İlhan Omar qələbə qazanaraq Nümayəndələr Palatasına seçilən ilk müsəlman qadın olublar.  

Digər tərəfdən seçkilərdə yarışan həyat yoldaşı Türk əsilli Lauren Arikan da Meryland ştat məclisinə girməyə haq qazanıb.

 



Әlaqәli Xәbәrlәr