İndoneziyada qəzaya uğrayan təyyarədən sağ çıxan olmadı

İndoneziyanın Sumatra adası sahilində 189 sərnişinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanın olmadığı bildirilib.

1077738
İndoneziyada qəzaya uğrayan təyyarədən sağ çıxan olmadı

  İndoneziyanın Sumatra adası sahilində 189 sərnişinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanın olmadığı bildirilib.

  Bölgədə aparılan axtarış-xilasetmə əməliyyatları zamanı 6 cəsəd tapılıb.

  Hadisə belə baş verib. İndonazyanın paytaxtı Cakartadan Sumatra adasındakı Panqkal Pinanq şəhərinə getmək üçün havaya qalxan “Boeing-737” tipli təyyarə ilə rabitə 13 dəqiqə sonra kəsilib. Əlaqə kəsilməzdən əvvəl qüllədən (baş idarədən) dönüş icazəsi istəyib. İcazə verilincə danışıq kəsilib.

  Təyyarənin dənizə düşdüyü açıqlanıb.

  İndoneziya Fəlakətlə Mübarizə Agentliyi təyyarənin qalıqlarını müəyyən edib.

  Təyyarədə 3-ü uşaq olmaqla 181 sərnişin və 8 nəfərlik kabinə üzvü olub.

  Qeyd edək ki, təyyarənin bağlı olduğu hava yolu şirkəti “təhlükəsizlik qayğıları” ilə əlaqədar 2007-ci ildə Avropa İttifaqının qara siyahısına salındı. Amma İttifaq üzvü olan ölkələrə uçuşları dayandırılan şirkətə qarşı qadağa 2016-ci ilin iyun ayında qaldırıldı.



Әlaqәli Xәbәrlәr