Avropa Parlamenti Xaşoqçi cinayəti ilə bağlı qərar layihəsini təsdiq etdi

Avropa Parlamenti Səudiyyə Ərəbistanının müxalif jurnalisti Camal Xaşoqçinin öldürülməsinə dair beynəlxalq istintaqın aparılması və məsuliyyətlərinin təsbit olunması halında Səudiyyə rəsmilərinə sanksiya tətbiqinə çağıran qərar layihəsini təsdiq etdi.

1075626

Layihənin mətnində Səudiyyə Ərəbistanının Xaşoqçinin aqibətinə dair ziddiyyətli məlumatlar verdiyi xatırladılır, cinayətin yalnız bəzi kəşfiyyat əməkdaşlarının üzərinə atılaraq işin bağlanmasının istəndiyinə işarə edilir.
 
 Cinayəti qətiyyətlə qınayan Avropa Parlamenti etibarlı və şəffaf istintaq tələb edərək, Səudiyyə Ərəbistanından oktyabrın 2-dəki hadisəyə dair fərziyyələri dilə gətirmək əvəzinə, nəyin baş verdiyini konkret sübutlarla ortaya qoymasını tələb etdi.
 
Qeyd edək ki, "Washington Post" qəzetinin əməkdaşı, Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçi  oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunun binasına girdikdən sonra yoxa çıxmışdı.
 
 Səudiyyə Ərəbistan rəhbərliyi oktyabrın 20-də Xaşoqçinin konsulluq binasında baş verən münaqişə nəticəsində öldüyünü açıqlayıb.
 
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Əldə edilən dəlillər Xaşoqçinin planlaşdırılmış cinayətin qurbanı olduğunu göstərir" deyə açıqlama verib.

Әlaqәli Xәbәrlәr