İsrail ilə Hindistan arasında 777 milyon dollarlıq müqavilə bağlandı

İsrail Aerokosmik Sənayesi, Hindistanla 777 milyon dollarlıq müqavilə bağlayıb.

1074805
İsrail ilə Hindistan arasında 777 milyon dollarlıq müqavilə bağlandı

Bu barədə İsrail Aerokosmik Sənayesindən yazılı açıqlama verilib. Bəyanata görə Hindistan Dəniz Qüvvələri, İsraildən 7 fərqli gəmidə istifadə edilmək üzrə İsraildən uzun məsafəli Barak-8 havadan müdafiə sistemi satın alacaq.

Müqavilə İsrail Aerokosmik Sənayesi ilə Hindistanda yerləşən Bharat Electronics Limited şirkəti arasında imzalanıb.

Qeyd edək ki, İsrail bu satış ilə yanaşı son illərdə Barak-8 havadan müdafiə sistemləri satışından 6 milyard dollar gəlir əldə edib.

İsrailin müdafiə naziri Aviqdor Lieberman, təhlükəsizlik sahəsində ödənən pulun xərc yox, investisiya olduğunu qeyd  edib.



Әlaqәli Xәbәrlәr