Ukraynanın Çerniqovski vilayətində yerləşən hərbi anbarda partlayış baş verib

Ukraynanın Çerniqovski vilayətində yerləşən hərbi anbarda partlayış baş verib.

1065082
Ukraynanın Çerniqovski vilayətində yerləşən hərbi anbarda partlayış baş verib

Ukraynanın Çerniqovski vilayətində yerləşən hərbi anbarda partlayış baş verib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Kievin təqribən 170 km yaxınlığında yerləşən İçnya şəhərindəki hərbi anbarlarda partlayışlar davam edir. İlk partlayış yerli vaxtla saat 03.30-da baş verib və bu da yanğına səbəb olub. 

İçnya şəhəri və ətrafındakı yaşayış yerlərindən təqribən 10 min nəfərin təxliyə edildiyi, ilk məlumata görə ölən və yaralanan olmadığı bildirilib. 

Partlayışın səbəbinə dair hələ məlumat yoxdur. 

Ukraynanın Baş naziri Vladimir Qroysman özünün "twitter" hesabında Çerniqovskinin fövqəladə vəziyyətin olduğu bölgə olduğunu bildirərək işçi qruplarının bölgədə çalışdığını, özünün də buraya gedəcəyini bildirib. 

 



Әlaqәli Xәbәrlәr