İsrail әsgәrlәri 19 fәlәstinlini dә saxlayıb

İsrail ordusundan verilәn mәlumata görә, İordan çayının qәrb sahillәrinin müxtәlif bölgәlәrindә gecә saatlarında keçirilәn әmәliyyatlar nәticәsindә 19 fәlәstinli saxlanılıb.

1064671
İsrail әsgәrlәri 19 fәlәstinlini dә saxlayıb

İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahillәrindә 19 fәlәstinlini hәbs etdi.

İsrail ordusundan verilәn mәlumata görә, İordan çayının qәrb sahillәrinin müxtәlif bölgәlәrindә gecә saatlarında keçirilәn әmәliyyatlar nәticәsindә 19 fәlәstinli saxlanılıb.

Saxlanılan fәlәstinlilәrin terror aktlarında iştirak etdiklәri iddia edilib.

Tutulan fәlәstinlilәrin dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparıldığı vurğulanıb.

İşğal altındakı Şәrqi Qüdsdә vә İordan çayının qәrb sahillәrindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstinin Әsirlər Cəmiyyəti mәnbәlәri  İsrail hәbsxanalarında 6 min   fәlәstinli mәhbusun olduğunu bildirir.



Әlaqәli Xәbәrlәr