BMT İdliblə bağlı "yüksək həyəcan" vəziyyətindədir

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü  Stefan Dujarric (Stephane Dujarric) Suriyanın şimal-qərbindəki İdlib şəhərinə Bəşər Əsəd rejimi və onun havadarlarının mümkün əməliyyatına qarşı "yüksək həyəcan" vəziyyətində olduqlarını açıqladı.

1043253
BMT İdliblə bağlı "yüksək həyəcan" vəziyyətindədir

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü  Stefan Dujarric (Stephane Dujarric) gündəlik mətbuat brifinqində Suriyanın şimal-qərbindəki İdlib şəhərinə mümkün əməliyyatı və Rusiyanın dünən (sentyabrın 4-də) bölgəyə təşkil etdiyi hava hücumları ilə əlaqədar açıqlamalar verdi.
 
 Dünən İdlib və Hamada keçirilən hava hücumlarının ölüm və yaralanmalara, məktəb və mağazaların zərər görməsinə yol açdığını vurğulayan Dujarric: "BMT İdlibdəki humanitar vəziyyətin və regionda hərbi gərginliyin artmasının səbəb olacaq potensial dağıdıcı nəticələrə görə narahatlığını bir daha dilə gətirir" dedi.
 
 Dujarric BMT-nin yardımlarını 3 milyona yaxın insanın yaşadığı İdlibə  Türkiyə üzərindən  çatdırdığını qeyd etdi, Suriyanın şimal-qərbində ehtimali bir əməliyyat halında ortaya çıxacaq ehtiyacları ödəmək üçün təxminən 311 milyon dollarlıq fonda ehtiyacları olduğunu bildirdi.
 
Sözçü: " BMT İdliblə bağlı "yüksək həyəcan" vəziyyətindədir. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Suriyadakı tərəflərlə davamlı telefon əlaqəsi saxlayır. Lakin bölgədəki sivillərin münaqişələrdən uzaqlaşdırılmasını təmin etmək regiondakı tərəflərin məsuliyyəti çərçivəsindədir" dedi.
 
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura İsveçrənin Cenevrə şəhərindəki mətbuat konfransında İdlibdəki vəziyyətə həll tapılması ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinin İran, Rusiya və Türkiyənin iştirakı ilə sentyabrın 7-də Tehranda keçiriləcək toplantı ərəfəsindəki görüşlərinin böyük fərq yaradacağını söyləmişdi.



Әlaqәli Xәbәrlәr