Almaniya prezidentindən irqçilik əleyhinə mesajlar

Avropada irqçilik artmağa davam edərkən Almaniya prezidenti Frank-Uolter Steinmeierden irqçilik əleyhinə mesajlar gəldi.

1036727
Almaniya prezidentindən irqçilik əleyhinə mesajlar

  Türkiyə-Almaniya Qəhvə Toplantısında Almaniyada yaşayan türkiyəlilərlə bir araya gələn F.U.Steinmeier deyib: “Köçmənlərə şübhə ilə yanaşılması ölkəmiz üçün bir utancvericidir. Hansı kökdən, hansı dəri rəngindən və ya hansı dinə məxsus olduqlarına baxmayaraq, mən Almaniyada yaşayan hər kəsin prezidentiyəm. İrqçilik və ayrı-seçkilik insanın qürurunu zədələyir və demokratiyamıza zərər verir. Açıq cəmiyyət ziddiyyət və münaqişələrlə dolu ola bilər. İnteqrasiya hər iki tərəfə öhdəliklər qoyur. Ona görə də biz münaqişələri mənsubluğu mühakimə etmədən həll etməyi öyrənmək məcburiyyətindəyik.”



Әlaqәli Xәbәrlәr