Hindistanda 27 nəfər şiddətli yağışların qurbanı oldu

Hindistanın Uttar Pradeş ştatında şiddətli yağışlarda həlak olanların sayı 27-yə yüksəldi.

1021240
Hindistanda 27 nəfər şiddətli yağışların qurbanı oldu

 "Times of India"nın  hökumət rəsmilərinə əsaslanaraq yaydığı xəbərə görə, Hindistanın Uttar Pradeş ştatının müxtəlif bölgələrində davam edən şiddətli yağışlarda 27 nəfər ölüb.
 
 Yağış nəticəsində bəzi binaların divarları uçub, yollar sular altında qalıb, elektrik dirəkləri devrilib.
 
 Meteoroloqlar yağışların davam edəcəyi barədə xəbərdarlıq ediblər.
 
 Shamli bölgəsində yağışlara bağlı baş verən qəzalarda 5 nəfər yaralanıb.
 
 Agra rayonunda isə selin məngənəsində qalan 500-dən  çox insan xilas edilib.
 
 Çox sayda qatar səfərlərinin ləğv olunduğu ştatda  bəzi kəndlərin şəhər mərkəzləri  ilə əlaqəsi kəsilib.
 
 Yağışların 2 gün daha davam edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr