Yunanıstanda ölənlərin  sayı 79-a  çatıb

Yunanıstanın paytaxtı Afina yaxınlığında tüğyan edən güclü meşə yanğınlarında   həyatını  itirənlərin sayı  79 nəfərə  çatıb.

1019074
Yunanıstanda ölənlərin  sayı 79-a  çatıb

Dağıntı və çoxsaylı insan tələfatına səbəb olan   təbii fəlakət  nəticəsində  164-ə  qədər   adam  xəsarət  alıb. Xilas  etmə  idarəsi  başçılığının  məlumatına  görə  zərərçəkənlərdən 23-ü uşaqdır. 11 nəfərin vəziyyəti ağır qiymətləndirilir.  100-dən  çox  adamın isə  itkin  düşdüyü  təxmin  edilir.  Ən ciddi vəziyyət ölkənin cənub-şərqindəki Attika bölgəsində, həmçinin Kineta, Rafina, Mati, Pikermi və Neos Vutzas şəhərlərində qeydə alınıb.   Hökumət fəlakət zonalarında fövqəladə vəziyyət elan edib.   1000-dən çox ev və bina kül olub.

 



Әlaqәli Xәbәrlәr