Yaponiyada əvvəl sel, sonra istilər yüzlərlə can aldı

Yaponiyada 9-22 iyul tarixləri arasında olan hədsiz istilər 80 nəfərin ölümünə səbəb oldu.

1019495
Yaponiyada əvvəl sel, sonra istilər yüzlərlə can aldı

  Yaponiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ölkə tarixinin ən isti günlərini yaşayır və 13 gündə həyatını itirənlərin sayı 80 olub, 30 mindən çox adam isə müalicə edilir.  

  Yaponiya Meteorologiya İdarəsi iyulun 25-də paytaxt Tokionun şimalındakı Kuqayama şəhərində hava temperaturunun 41,1 dərəcə olduğunu bildirmiş və ölkədə "təbii fəlakət günü" elan etmişdi.

  Xatırladaq ki, Yaponiyada iyulun əvvəlində həddindən artıq yağan yağışlarla əlaqədar isə 222 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr