Lavrovun Netanyahuya İran təklifi

İsrailin baş naziri Binyamin Netanyahu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qüdsdə görüş keçirdi.

1018002
Lavrovun Netanyahuya İran təklifi

İsrailin baş naziri Binyamin Netanyahu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qüdsdə görüş keçirdi.

Görüşdə Netanyahu və Lavrovla yanaşı İsrailin müdafiə naziri Aviqador Liberman, bu ölkənin Baş Qərargah rəisi Qadi Eisenkot, Rusiyanın Baş Qərargah rəisi Valery Gerasimov ilə digər israilli və rus səlahiyyətlilər iştirak etdi.

Rusiya prezidenti Vladimir Putinin istəyinə görə baş tutan görüşün əsas gündəminin detallarına dair rəsmi açıqlama verilmədi.

İsrail mətbuatı isə görüşdə Suriyanın gələcəyi və İranın Suriyadakı mövcudluğunun müzakirə  olunduğunu yazıb.

“Haaretz” qəzetinin yüksək səviyyəli bir israilli səlahiyyətliyə əsaslandırdığı xəbərinə görə, görüşdə Lavrov Netanyahuya Suriyadakı İran qüvvələrini İsrailin sərhəd məntəqəsini təşkil edən işğal altındakı Qolan təpələrindən 100 km kənarda yerləşdirməyi təklif edib.

Xəbərdə Netanyahunun Lavrovun təklifina etiraz edərək, “Sərhəddən 100 km kənarda olsa da İranın bölgədə yerləşməsinə icazə verməyəcəyik” dediyi ifadə edilib.  



Әlaqәli Xәbәrlәr