İsrail ordusuna aid PUA-nın hücumu nәticәsindә 2 fәlәstinli yaralanıb

Bu barәdә Qәzzadakı Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

993558
İsrail ordusuna aid PUA-nın hücumu nәticәsindә 2 fәlәstinli yaralanıb

İsrail ordusuna mәxsus pilotsuz uçuş aparatının Qәzza zolağına endirdiyi zәrbәlәr nәticәsindә iki fәlәstinli yaralanıb.

Bu barәdә Qәzzadakı Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, İsrail ordusu Qәzza zolağının mәrkәzindә yerlәşәn Әl-Berik qaçqın düşәrgәsinә hücum tәşkil edib.

Xәsarәt alan fәlәstinlilәrin vәziyyәtinin stabil olduğu bildirilib.

İsrail ordusundan verilәn açıqlamada isә hücumun Hәmasın silahlı qanadı olan İzzәdin әl-Kassam briqadasına aid obyektә tәşkil edildiyi  irәli sürülüb.



Әlaqәli Xәbәrlәr