Qəzza zolağında minlərlə xəstə ölüm təhlükəsilə qarşı-qarşıyadır

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailli rəsmilərni Qəzza zolağına helium qazının daxil olmasına icazə vermədiyi üçün minlərlə xəstənin həyatının təhlükə ilə üzləşdirildiyi barədə xəbərdarlıq edib.

992529
Qəzza zolağında minlərlə xəstə ölüm təhlükəsilə qarşı-qarşıyadır

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailli rəsmilərin Qəzza zolağına helium qazının daxil olmasına icazə vermədiyi üçün minlərlə xəstənin həyatının təhlükə ilə qarşı-qarşıya buraxıldığı barədə xəbərdarlıq edib.

Nazirliyin açıqlamasında bildirilib:“İsrail təhlükəsizlik qüvvələri Qəzzadakı xəstəxanalara helium qazının girməsini məhdud edən qərar qəbul edib. Bu  da bölgədəki xəstəxanalarda tomoqrafiya çəkilməsində ciddi problemlərə səbəb olacaq. İsrail daha çox xəstəni öldürmək və onları müalicədən məhrum buraxmaq üçün məsnədsiz səbəblər axtarır.”

İsrailin tibbi helium qazının məhdud edilməsi üçün irəli sürdüyü iddiaların  düzgün olmadığının vurğulandığı açıqlamada Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Komitəsi başda olmaqla beynəlxalq bütün təşkilatlardan bu iddiaların doğru olmadığını ortaya qoymaları istənib.



Әlaqәli Xәbәrlәr