Yəməndə qarşıdurma, 50 Husi üsyançı ölüb
Yəmən ordusuna mənsub qüvvələr ilə Husilər arasında baş verən qarşıdurlaranda 50 Husi üsyançı öldürülüb.
990843
Məlumata görə, Yəmən qoşunları ölkənin qərbində yerləşən Hudeydənin Əl-Cəh bölgəsinə nəzarəti ələ keçiriblər.
Hökumətə mənsub Əl-Umalika Briqadaları İnformasiya Mərkəzindən yayılan bəyanatda Hudaydin şəhərinin cənubunda yerləşən Beyt əl-Fakiyyə rayonunun Əl-Cəh səmtində Husilər ilə ordu qüvvələri arasında qarşıdurmaların sutqa ərzində davam etdiyi bildirilib.
Bölgədə həyata kiçirilən əməliyyatlar nəticəsində Husilərə məxsus çoxlu sursat ələ keçirilib.
Digər tərəfdən, ölkənin cənub-şərqində yerləşən Şebvə vilayətində, hərbi maşına təşkil edilən hücum nəticəsində iki əsgər həyatını itirib, 5-i yaralanıb.