Merkel Trampı tənqid etdi

Almaniya kansleri Angela Merkel Avropadan Amerika Birləşmiş Ştatlarına ixrac olunan mallara olan gömrük vergisinin ABŞ prezidenti Donald Tramp tərəfindən artırılmasını tənqid etdi və buna qarşı tədbirlərin görüldüyünü bildirdi.

990304
Merkel Trampı tənqid etdi

Almaniya kansleri Angela Merkel Avropadan Amerika Birləşmiş Ştatlarına ixrac olunan mallara olan gömrük vergisinin ABŞ prezidenti Donald Tramp tərəfindən artırılmasınına qarşı tədbirlərin görüldüyünü bildirdi.

Merkel ARD televiziya kanalında yayımlanan "Ana Will" adlı proqramdakı çıxışında Trampın mövqeyini tənqid edərək: "Heç kimə bizi aldatmağa icazə verə bilmərik. Əksinə, belə bir vəziyyətdə hərəkətə keçərik" dedi.

Merkel ABŞ-ın Avropa ölkələrindən idxal etdiyi polad və aliminiumla bərabər alman avtomobillərinə də gömrük şərtinin qoyulması vəziyyətində bu ölkəyə qarşı geniş miqyaslı tədbirlər görəcəklərini və digər Avropa ölkələrini də öz tərəflərinə çəkməyə çalışacaqlarını söylədi.

Merkel Tramp ilə görüşməyə davam edəcəyini və NATO-nun Brüsseldəki sammitində də görüş fürsətinin olacağını qeyd etdi.

 



Әlaqәli Xәbәrlәr