Jan-İv Le Drian: "İran öhdəliklərinə əməl edir"

Fransa Xarici işlər naziri Jan-İv Le Drian (Jean-Yves Le Drian) İranın nüvə fəaliyyətlərinə yenidən başlamasının 2015-ci ildə bağlanan nüvə müqaviləsinin şərtlərinə zidd olmadığını bildirdi.

987146

Le Drian "Europe 1" radiosunda canlı yayımda İran rəhbərliyinin nüvə fəlaliyyəti ilə əlaqədar verilən sula cavab  verərkən: " Qırmızı xətlərlə təmasda olmaq təhlükəlidir. Bu gün İranın uranı zənginləşdirmə təşəbbüsü tamamilə 2015-ci il müqaviləsi çərçivəsindədir. Dünən elan edilən fəaliyyətlərə yenidən başlama qərarı müqaviləyə zidd deyildir. Əgər daha irəli səviyyəyə keçilsə, müqavilə pozular" ifadələrini işlətdi.

Müqavilə ləğv olunduğu təqdirdə avropalıların səssiz qalmayacaqlarını qeyd edən nazir bu vəziyyətdə yeni sanksiyaların gündəmə gələcəyini bildirərək: "Biz müqaviləni qorumaq istəyirik. İran ilə bu istiqamətdə işləyirik. Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) təftişi davam etdirir. İran öhdəliklərinə əməl edir" dedi.

Әlaqәli Xәbәrlәr