Emmanuel Makron İsrail ordusunun Qəzzada tətbiq etdiyi zorakılığı qınadı

Fransa prezidenti Emmanuel Makron İsrail ordusunun Qəzzada tətbiq etdiyi zorakılığı qınadı.

971310
Emmanuel Makron İsrail ordusunun Qəzzada tətbiq etdiyi zorakılığı qınadı

Fransada Yelisey sarayından verilən məlumatda Makron ilə Fələstinin dövlət başçısı Mahmud Abbas və İordaniya Kralı 2-ci Abdullah arasına telefon danışığının olduğu bildirilir.

Məlumatda Makronun Qəzzada, Qüdsdə və Fələstin şəhərlərindəki vəziyyətlə bağlı narahatlıqlarını ifadə etdiyi qeyd edilir.

Məlumatda deyilir: "Prezident Makron son həftələrdə Qəzzada çox sayda fələstinlinin həlak olmasına görə kədərini ifadə etdi, İsrail ordusunun nümayişçilərə qarşı tətbiq etdiyi zorakılığı qınadı. Makron bütün vəzifə sahiblərini təmkinli olmağa, gərginliyin azaldılması üçün səy göstərməyə və gələcək günlərdə keçiriləcək aksiyaların zorakılıqdan uzaq şəkildə həyata keçirilməsi üçün lazım olanları həyata keçirməyə çağırdı".
 

 



Әlaqәli Xәbәrlәr