İranın nüvə silahı əldə etməməsi üçün müttəfiqlərimizlə birgə fəaliyyət göstərməyə davam edəcəyik

Bunu Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Cim Mattis bildirdi.

967919
İranın nüvə silahı əldə etməməsi üçün müttəfiqlərimizlə birgə fəaliyyət göstərməyə davam edəcəyik

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Cim Mattis İranın nüvə müqaviləsinin maddələrinə tam riayət etmədiyi üçün bu müqaviləni birtərəfli ləğv etdiklərini və bu qərara gəlmək üçün bir ildən çox düşündüklərini söylədi.

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Cim Mattis Müdafiə Nazirliyinin 2019-cu ilə aid büdcə tələbinə aid sualları cavablandırdı.

ABŞ-ın İranla bağlanan nüvə müqaviləsindən çıxdığını və Tehrana qarşı tətbiq olunan sanksiyaları bərpa etmək barəsində qərar qəbul etdiyini bildirən Mattis: "İranın əsla nüvə silahı əldə etməməsi üçün müttəfiq və tərəfdaşlarımızla birgə fəaliyyət göstərməyə davam edəcəyik" dedi.

Mattis İranın Yəməndən Səudiyyə  Ərəbistanına, Bəhreyn və Livana qədər uzanan böyük bir coğrafiyada pis niyyətli fəaliyyət göstərdiyini iddia etdi, bu ölkənin dəstəyi olmadan hələ də xalqını qətl edən və qaçqın axınlarına səbəb olan Bəşər Əsədin Suriyada hakimiyyətdə qala bilməyəcəyini qeyd etdi.

Müdafiə naziri nüvə proqramı, ballistik raket proqramı, terror qruplarına dəstək, kiber hücumlar və Körfəzdə ticarət gəmilərinə təhdidlər olmaqla, Tehran rəhbərliyinin beş məsələdə regional və beynəlxalq təhlükəsizliyi təhdid etdiyini söylədi.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr